Restoranlarda pest kontrolun önəmi 

09.12.2020

Əgər restoran və kafe biznesi ilə məşğulsunuzsa, zərərvericilərə qarşı mübarizənin biznesiniz üçün necə həyati önəmə sahib olduğunu bilirik. Ümumiyyətlə, müştəriləri restoran və kafelərə qarşı mənfi düşüncəyə aparan nədir? Dadsız yemək, zəif servis, gigiyenanın olmaması və s. kimi problemlər çoxluq təşkil edir. Bu yazımızda Sizə həşəratlara qarşı mübarizənin önəmindən danışacağıq.

Bir müştəri üçün əyləşdiyi restoran və kafedə həşərat görməsi qəbuledilməzdir. Belə olduğu halda isə məkanınızın etibarı aşağı düşəcək. Hətta, müəssisəniz sağlamlıq və təmizlik kontrolundan da uğurla keçməyə bilər. Bu da müəssisənizin bağlanması səbəb olacaq.

Loyal müştəri

Müştərilər bəzən çox sadə görüntüdən zövq ala bilir. Məkanınıza gəlmiş müştərilər bir dəfə məmnun ayrıldıqları halda, hər yerdə bu məmnunluğu vurğulamağa çalışırlar. Bu da öz növbəsindən daha çox müştəri gətirir. Bir müddətdən sonra isə davamlı olaraq məmnun qarşıladığınız və xidmət göstərdiyiniz müştəri sizin loyal müştərinizə çevrilir. Loyal müştərilərin çoxluğu isə bir restoran və kafenin uğur göstəricilərindən biridir. Ancaq bir balaca həşərat belə bütün uğur sisteminizi pozma bacarığındadır. Həşəratın varlğını isə heç loyal müştəriniz də qəbul etməz.

Böcəklərin çoxalması Sizin gözünüzdən qaçsa da, müştərinin gözündən heç vaxt qaçmır. Hər müştəri fərqlidir və belə hal çox fərqli qarşılana bilər. Bəlkə bir neçə müştəri bu vəziyyəti önəmsəməz, lakin Siz ciddi sayda müştəri itirə bilərsiniz. Bu riskləri öncədən düşünmək və  müəssisənizin keyfiyyətli şəkildə fəaliyyət gööstərməsi üçün pest kontrolun və müəyyən təmizlik prosedurlarının tətbiq edilməsi vacibdir. 

Geri dönüşlər

Hal-hazırda ən xırda məsələnin belə çox tez yayıla biləcəyi bir dövrdə yaşayırıq. Müəyyən restoran və kafe haqqında fikir almaq çox asandır. Sosial şəbəkələrdə bir sual yazıb, yüzlərlə insanın cavabını oxuya bilərsiniz. Məsləhət almağı bir kənara qoysaq, hər xırda məsələnin çox şişirdildiyi bir dövrdə yaşadığımızı da unutmamalıyıq. Çox cüzi bir səhviniz sosial mediada yayılıb imicinizə ciddi zərər yetirə bilər. Buna görə də müəssisənin dizaynından tutmuş mətbəxin səliqəsinə qədər hər məqama fikir vermək lazımdır. Əgər müəssisənizdə həşərat problemi varsa, müştərilərinizin mənfi geridönüşlərindən qaça bilməzsiniz.

Personalın motivasiyası

Bir çox müəssisə sahibləri zərərvericilərin mənəvi cəhətdən personala necə təsir etdiyinin fərqində deyil. Mətbəxdə olan zaman milçəyin dayanmayan vızıltısı və ətrafında uçmağı aşpazın kefini pozmaq üçün yetərli səbəbdir. Həmin milçəyi məhv etmək Sizi bu problemdən qalıcı olaraq azad etmir. İşçiləriniz üçün fərah və təmiz məkan təşkil etmək sizi bir addım önə atır. Müştərilərin əyləşdiyi stola gedən təmizlik, keyfiyyət və etibarlılıq məkanın mətbəxindən çıxır. 

Yuxarıda sadaladığımız bütün faktlar həşəratlarla mübarizə məsələsinə daha çox fokuslanmağınıza səbəb oldusa, nə xoş bizə. Keyfiyyət rəqabətində hər gün bir addım önə getməli olduğunuz halda, bu problemin Sizi 10 addım geri çəkməsini qətiyyən istəmirik. Buna görə də Bakudez olaraq pest kontrol xidmətinin ən keyfiyyətlisini təqdim edirik.