Uşaqlığımızın qorxulu ziyankar qonaqları

10.10.2020

Uşaqlığımızdan bəri siçan görəndə hər zaman arxamıza baxmadan o yerdən uzaqlaşmışıq. Ümumiyyətlə, onlarla eyni məkanda yaşamaq həm narahatedicidir, həm də sağlamlığa zərərlidir.

Bu gəmiricilər balaca olsalar da həm bizim sağlamlığımıza, həm də sahib olduğumuz əşyalara ziyan verirlər. Ümumiyyətlə, siçanlar və insanlar arasında əsrlər boyu heç də müsbət hadisələr yaşanmayıb. Buna misal olaraq orta əsrlərdə geniş yayılan vəba xəstəliyini nümunə göstərə bilərik.

Siçanlar saatda 9-10 km sürətlə hərəkət etdiklərinə görə quruda 1 m-dən yuxarı maneələri asanlıqla aşa bilirlər. Siçovulların ürək döyüntüləri dəqiqədə 500-ə, adi ev siçanların isə 750-ə qədər çatır. Dözümlülükləri gündəlik 50-60 km məsafəni qət etməyə imkan verir. Dişlərinin xüsusi quruluşu və möhkəmliyi beton divarları və polad su borularını belə gəmirməyə imkan verir. Siçan və siçovullar bir-biri ilə yırtıcı heyvanların eşidə bilmədiyi ultrasəs vasitəsi ilə əlaqə qururlar. Buna görə də demək olar ki, heç vaxt çöl heyvanlarının yeminə çevrilmirlər. İnkişafı yeni başlamış siçanlar valideynləri ilə insan qulağının qəbul etmədiyi səs dalğaları vasitəsilə əlaqə qurur. Belə kəskin eşitmə qabiliyyəti onlara səsin mənbəyini dərhal müəyyənləşdirməyə və təhlükədən uzaqlaşmağa imkan verir. Məhz bu özəlliyi insanlar olduğu yerdən tez uzağlaşmağa imkan verir. Beləliklə, bütün bu özəlliklərinə görə onları qovma çabalarınız qeyri-effektiv olur.

Siçanların qoxu hissinin qüvvətli olması onlara imkan verir ki, qidanın zəhərli olub-olmamasını anlasınlar. Hətta radiasiya yayılmasından sonra havada yaranan ozonun qoxusunu seçə bilirlər. Bu səbəbdən gəmiriciləri evdən yox etmək üçün yalnız ziyanverici əleyhinə zəhər almaq kifayət deyil.

Bütün bu maraqlı faktlara baxmayaraq, söhbəti gedən çağırılmamış qonaqlar həm insan sağlamlığı, həm də yaşadığı ev üçün təhlükəlidirlər. Onlar hətta bir çox infeksion (yoluxucu) xəstəliklərin daşıyıcısıdılar. Bunlara misal olaraq, vəba, taun və digər xəstəlikləri nümunə göstərmək olar.

Müxtəlif xalq üsulları ilə bəlkə də 1-2 siçanı evdən uzaqlaşdıra bilərsiniz, lakin həmin üsullar onların yaranma mənbəyini məhv etmək üçün yetərli deyil. Belə cəld və həssas canlıları evdən yox eləməyin ən yaxşı yolu bu işin mütəxəssisini çağırmaqdır. BakuDez-in deratizasiya komandası Sizə bu mövzuda kömək olacaq. Siçansız və siçovulsuz rahat yaşamaq üçün cəmi 1 zəng bəs edir.