Xanımların vaxtını alan təmizlik işləri

17.11.2020

Bilirik ki, təmizlik işləri xanımların çox vaxtını alır və bezdirici ola bilir. Evin ən zərif, eyni zamanda da ən zəhmətkeş sakinləri gündəlik rutin işləri arasında çox yorulur.  Buna görə də xanımlar təmizlik işlərinin hansı aralıqlarla görülməli olduğunu hər zaman sual edirlər. Bir çoxları düşünür ki, təmizliyi yalnız ehtiyac olduğu zaman etmək lazımdır. Lakin, bu yanaşma heç də doğru qarşlanmır.

Əslinə qalsa, təmizlik birbaşa asudə vaxtdan asılıdır. Bəzi evdar qadınlar üçün bir mənzili dibdən təmizləmək adi haldır. Çalışan xanımlar isə bunu əsl işgəncə sayaraq, çox vaxt ayıra bilmirlər.

Mütəxəssislərin sözlərinə görə, otaqların sahəsi kifayət qədər böyük olduqda, onların dibdən təmizlənməsi həftədə bir dəfə aparılmalıdır. İki otaqlı mənzildə bu işləri iki həftədən bir etmək kifayətdir. Pəncərələrə gəldikdə isə onların silinmə müntəzəmliyi yerləşdiyi mövqelərdən asılıdır. Əgər pəncərə yola tərəf yerləşirsə, avtomobillərin gündəlik hərəkəti toz, çirk və zəhərli maddələrin pəncərəyə yapışmasına səbəb olur. Bu səbəbdən, avtomobil yolu tərəfə yerləşən pəncərələr həftədə ən azı 2 dəfə silinməlidir. Həyət tərəfə baxan pəncərələr çox çirklənmirlər. Ona görə də həftədə 1 dəfə silinmələri yetərlidir.

Mənzilin gündəlik təmizlənməsinə gəlincə isə həftədə 3-4 dəfə tozsoranla təmizləmək, döşəmələri isə hər gün nəm bez ilə silmək məsləhət görülür. Evdə balaca uşaq və ya allergik insan varsa, bu mənzildə döşəmələri tez-tez nəm əski ilə təmizləmək mütləqdir. Təmizlik işlərinin düzgün aparılması da vacib rol oynayır. Bu, evdə mikrob və bakteriyaların yox olması ilə birbaşa əlaqəlidir. Evinizi nə qədər diqqətli təmizlənəsiz, mikroblar da bir o qədər az olacaqdır.

Bizim peşəkar təmizlik mütəxəssislərimiz bütün bu sadalanan məqamlara hər zaman diqqət edir. Komandamız evinizi xüsusi məhsullarla dibdən təmizləyir və öz evlərinə göstərdikləri qayğını sizin mənzilə də göstərir. Əgər təmizlik işlərinə ayıracaq vaxtınız yoxdursa, Bakudez şirkəti olaraq Sizə kömək etməyə hazırıq.