Şirkətimizlə yaxından
tanış olun

Bakudez Dezinfeksiya şirkəti olaraq ən çətin missiyanı öz üzərimizə götürdüyümüzün fərqindəyik. Bu missiyalara sadiq qalmaq və bu yolda özümüzü doğrultmaq üçün komandamızla birlikdə daima çalışmaqdayıq. Şirkətimizin missiyası Sizin gündəlik seçimlərinizlə üst-üstə düşən dəyərlərdir.

Vizyon

Şirkət olaraq təkcə ölkə çərçivəsində deyil, qlobal sahədə də bakteriyasız və mikrobsuz həyat nümunəsi göstərmək və gigiyenik məsuliyyətin vacibliyini hər yerə yaymaq vizyonunu mənimsəmişik. Bunu yüksək həddə çatdırmağın gərəkli olduğunu düşünərək əlimizdən gələni edirik və, ən əsası, insanların gündəlik yaşamına dəyər qatmağı hədəfləyirik.

1
Sağlamlığınızı qoruyuruq

Hər şeydən öncə “can sağlığı” kəlməsini özünüzə şüar etmisinizsə, elə biz də onu deyirik. Bizi seçməyin üstünlüyünü tək səbr gətirəndə belə müşahidə edəcəksiniz.

2
Təhlükəsiz yaşayın

İllərdir “təhlükəsiz yaşam”-ın mənbəyini axtararkən özünüzü bir də bizim saytda tapmısınızsa, demək ki, illərin əziyyəti boşa getməyib, artıq təhlükəsiz mənsəbə çatmısınız.

3
Keyfiyyətə vurğunuq

Məlum məsələdir ki, keyfiyyət möcüzə olubdur, qarşınıza çıxmaq bilmir. Fərqli məqam ondadır ki, biz keyfiyyətin təminatçısı olaraq Sizə daha çox xidmətin təzahürünü birbaşa göstərmiş oluruq.

4
Yatırım edirik

Sizin sağlamlığınız və təhlükəsizliyiniz üçün atdığımız hər bir addım bizim üçün yatırımdır. Biz bu yatırımları Sizə daha da yaxşı xidmət göstərmək üçün kadr və texnologiyaya sərf edirik. Buna Sizə verdiyimiz dəyər də demək olar.