AKARİSİD EMAL

Gənə və gənəkimilərə qarşı
Haqqında Üstünlük

Əgər mövsümün yaz və yay aylarında (May - İyun və Avqust - Sentyabr) gənələrlə və ya gənəkimilərlə qeyri-effektiv metodlarla mübarizə aparırsınızsa, akarisid emal xidmətindən istifadə etməyin tam vaxtıdır. Gənə və gənəkimilər sizin və ailənizin sağlamlığı üçün ciddi problem yarada bilər. Gənələr əsasən otluq ərazilərdə müşahidə olunur. Bağ evlərində, həyətyanı sahələrdə, parklarda, digər yaşayış və istirahət ərazlərində ailənizlə birlikdə rahat vaxt keçirməyiniz üçün şirkətimizin sizlərə təqdim etdiyi akarisid emalı metodundan istifadə edə bilərsiniz. Sizə təqdim etdiyimiz bu metod, ərazidə mövcud olan bitki və torpaq örtüyünə heç bir zərər vurmur. Təcrübəli komandamız yüksək keyfiyyətə malik alətlər və dərmanlar ilə sahənin münbitliyini qoruyaraq, ərazini gənələrdən təmizləyir.

Bəs sizin üçün gənələr və gənəkimilər ilə mübarizə niyə önəmlidir?

Gənələr insan sağlamlığı üçün ciddi xəstəliklərə yol aça bilən həşəratlardandır. Bunlara misal olaraq Lyme, ensefalit, tifo, Q qızdırması və s. kimi xəstəlikləri nümunə göstərə bilərik. Bu kimi xəstəliklərdən özünüzü və ailənizi qorumaq üçün, mütəmadi olaraq akarisid emal təmizliyindən yararlanmaq önəmlidir.

Vaxtında icra edirik

Zaman qızıl olduğu üçün xidməti sifariş etdiyiniz andan etibarən, bütün prosesləri tam vaxtında icra edirik.

Keyfiyyətli dərmanlar

Avropadan gətirilən, sertifikatlı və keyfiyyətli dərmanlar vasitəsilə sizin sağlamlığınızın qorunması və işimizin keyfiyyəti üstünlüyümüzdür.

Müasir avadanlıqlar

Xidmət zamanı istifadə edilən avadanlıqlarımız, işlərimizin sürətli ve keyfiyyətli görülməsində önəmli rol oynayır.

Sağlamlığınızı qoruyuruq

Hər kəs üçün sağlamlıq öncəlik olduğu kimi, bizim üçün də önəmlidir. Bütün işlərimiz sağlamlığınızın qorunması istiqamətində aparılır.

Tamamilə təmizləyirik

Gənələr sezonluq həşəratlar olduğu üçün sizin onlarla daima üzləşmə ehtimalınız var. Bu xidmət vasitəsilə siz ərazini gənələrdən uzun müddətli olaraq azad edə bilərsiniz.

Məsləhət veririk

Xidmətə başlamadan öncə öz ekspertlərimiz ilə dəyərləndirilmə aparılır. Hər bir torpaq örtüyü fərqli olduğu üçün ərazinin necə və hansı dərmanlarla təmizlənməsi dəqiqləşdirilir.

ALAQ OTLARI DERATİZASİYA HAVALANDIRMA FUMİQASİYA DEZİNFEKSİYA DEZİNSEKSİYA DEZODORASİYA SÜRÜNƏN VƏ ƏQRƏBLƏR TƏMİZLİK HOVUZLAR