Əsasən yaz və yay aylarında, yaşadığınız ərazidə əhvalınızı və göz zövqünüzü korlaya biləcək problemlərdən biri də lüzumsuz şəkildə var olan alaq otlarıdır. Alaq otlarının ərazidəki ekosistemə zərərlərindən ziyadə, yaşayış yerinin və ya önəmli ərazilərin görünüşünü pozur və kobud imic yaradır. Bilinənin əksinə, alaq otlarını davamlı olaraq kəsmək onların daha sürətli və kəskin inkişafına yol açır. Əgər siz də hər il alaq otlarla mübarizə aparırsınızsa, dəyərli vaxtınızı itirmədən, bu işi bizə həvalə edin.
Biz herbisid metodu ilə sizə narahatçılıq verən, xoşagəlməz alaq otlarını ərazidən təmizləyirik. Herbisid metodu - şirkətimizin sizin sağlamlığınız və torpağın geoloji strukturu üçün təşkil etdiyi təhlükəsiz təmizləmə xidmətidir. Alaq otlarını məhv etmədən öncə torpaq və ekosistem nəzərdən keçirilir. Bundan sonra, alaq otlarına xüsusi məhlul sıxaraq və ya bitdiyi yerlərə çiləmə edərək, onları kökündən təmizləyirik. Alaq otlarını həyət evlərində, yol kənarlarında, elektrik dirəkləri sıralarında, hava limanlarında, dəmiryolu, qaz və neft xəttlərinin keçdiyi ərazilərdə müşahidə etmək mümkündür.