FUMİQASİYA

Anbarların təmizlənməsi
Haqqında Üstünlük

Biz də bilirik ki, anbarlar içindəki məhsulların müxtəlifliyinə və təyinatına görə, bir-birindən fərqlənir. Sizə təqdim etdiyimiz Fumiqasiya xidməti isə anbarların (buğda, taxıl, arpa və s.) tüstü yolu ilə təmizlənməsi deməkdir. Bu xidmət sahəsi daha çox kənd təsərrüfatı sahəsində çalışan insanlara tanışdır. Bakudez şirkəti olaraq tüstü və buxar metodundan istifadə edərək, taxıl anbarlarını, konteynerləri, taxıl elevatorlarını, taxta məhsullarının saxlandığı yerləri, heyvanların saxlandığı və daşındığı məkanları (hin və tövlə kimi) və digər əraziləri təmizləyirik. Fumiqasiya xidmətindən istifadə zamanı təmizlənəcək ərazinin boş olması şərtdir. Misal olaraq, taxılı anbara yerləşdirməmişdən öncə, anbar bu metod ilə təmizlənir ki, mikroblardan, ziyanverici həşəratlardan və s. kimi mənfi təsirlərdən azad olsun. Fumiqasiya xidməti bitdikdən sonra məhsulu və ya heyvanları 4-5 saatdan sonra həmin əraziyə çox rahatlıqla yerləşdirə bilərsiniz.

Digər önəmli faktorlardan biri isə bu metod vasitəsilə Siz bütün məkanı hərtərəfli təmizləyə bilərsiniz. Belə ki, digər növ təmizlik xidmətlərində dərmanın uc və dərin nöqtələrə çatması və ya məkanın divarları ilə alt qatına hopması mümkün olmur. Bu metod ilə tüstü həm məkanın səthinə, həm səth altına, həm də hər bir uc nöqtəsinə hopa bilir. Beləliklə, 100%-lik nəticə əldə edərək, məkanı mikroblardan, bakteriyalardan, zərərverici həşərat və gəmiricilərdən azad etmiş olursunuz.

Anbarın Auditi

Fumiqasiya xidməti çərçivəsində təyin olunmuş məkanın bu xidmətə hazır olub-olmamasını araşdırırıq. Bu bizə risklərin öncədən müəyyən edilməsinə köməklik edir.

Zərər vermirik

Anbarınızda yer alacaq məhsulların insanlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Ona görə də prosesi kimyəvi dərmanlardan istifadə etmədən, tüstü və buxar vasitəsilə ərazinin təmizlənməsini həyata keçiririk.

Əhatəli təmizləyirik

Digər təmizlik metodlarından fərqli olaraq, anbarlarda əlçatmayan və dərində gizlənən mikrobları, bakteriyaları belə təmizləyirik. Beləliklə də anbarda yerləşdiriləcək məhsullarınızın sağlam və təhlükəsiz qalması müddətini uzadırıq.

Maarifləndiririk

Bu xidmət üzrə kifayət qədər məlumatlı olduğunuzu bilirik. Lakin biz bu işin texniki tərəfi ilə bağlı suallarınızı cavablandırmağı da özümüzə borc bilirik. Əsas odur ki, hər iki tərəfin istəyi və hədəfi işin doğru icra olunması baxımından eynidir.

AKARİSİD EMAL ALAQ OTLARI DERATİZASİYA HAVALANDIRMA DEZİNFEKSİYA DEZİNSEKSİYA DEZODORASİYA SÜRÜNƏN VƏ ƏQRƏBLƏR TƏMİZLİK HOVUZLAR