DEZİNFEKSİYA

Bakteriya və viruslara qarşı
Haqqında Üstünlük

Xəstəliklər hər zaman soyuq havadan, fəsil dəyişməsindən, yanımızdakı insanın xəstələnməsindən yaranmır. Gözə görünməyən, amma hər kəsin evində olan müxtəlif növ bakteriya və viruslar var ki, onlar da sizin sağlamlığınıza ciddi zərər yetirir. Bakudez şirkəti olaraq, bu mikrobların xüsusi yolla məhv edilməsi üçün peşəkar komanda və müasir həll yolları təşkil etmişik. Dezinfeksiya – bakteriya, virus və göbələklərin məhv edilməsi prosesidir. Dezinfeksiya proseduru infeksiyaların yayılmasının qarşısını alır və xəstəliklərin inkişaf ehtimalını azaldır. Dezinfeksiya şəxsi və ictimai obyektlərdə, yaşayış və qeyri-yaşayış məntəqələrində, təhsil mərkəzlərində, toplu daşıma nəqliyyatlarında mütləqdir. Bu xidməti göstərərək, məqsədimiz infeksiyanın yayılmasının qarşısını almaq və obyektin sanitar-gigiyenik normaya cavab veməsini təmin etməkdir. İlin hər ayında yaşadığınız və işlədiyiniz yerin dezinfeksiya olunması arzuolunandır.

Dezinfeksiyanın növləri

Dezinfeksiya insanlar tərəfindən bir növ təmizlik xidməti kimi anlaşılsada, məqsədlərindən, metodlarından və tezliyindən asılı olaraq üç növ dezinfeksiya xidməti təklif edirik.

Profilaktik

Adından da göründüyü kimi, profilaktik dezinfeksiya növündə infeksiyanı yaradan mənbəni məhv etmək və yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür. Əsas obyektlər - xəstəxanalar, uşaq və təhsil müəssisələri, ictimai yerlər və insanların sıx olduğu yerlərdir.

Cari

Bu tip dezinfeksiya xidməti bakteriya daşıyıcıları ilə yanaşı yoluxucu xəstəlikləri olan xəstələrin qaldığı məkanlara da lazımdır. Cari dezinfeksiya tədbirləri (xəstənin təcrid edilməsi, şəxsi gigiyena, tullantıların atılması, xüsusi avadanlıqla təmizlənmə, infeksiyanın qarşısının alınması) üzrə təlim verən səhiyyə işçiləri tərəfindən təşkil edilir.

Yekun

Yekun dezinfeksiyaya virusların tamamilə məhv edilməsinə yönəlmiş fəaliyyətlər daxildir. Biz sizə peşəkar ekspertlərimizin yüksək keyfiyyətli preparatlarla həyata keçirdiyi dezinfeksiya xidməti təklif edirik. ISO sertifikatına sahib olan yeganə dezinfeksiya şirkəti olaraq, dezinfeksiya tədbirlərinin düzgün və effektiv qaydada həyata keçirilməsinə zəmanət veririk.

Keyfiyyətli preparatlar

Dezinfeksiya preparatları deyərkən, Sizin ilk ağlınıza gələn fikrin sağlamlıq olduğunu çox gözəl anlayırıq. Bu xidmət üçün istifadə etdiyimiz məhlullar Sizin sağlamlığınız üçün heç bir risk daşımır.

Məlumatlandırırıq

Dezinfeksiya xidmətindən savayı, müştərilərimizin məlumatlandırılması da bizim üçün önəm kəsb edir. Bu xidmət bitdikdən sonra nələrə əməl etməniz barədə bir fikriniz olmaya bilər. Bu barədə narahat olmağa ehtiyac yoxdur. Mütəxəssislərimiz xidmət göstərən zaman sizə sonrakı tədbirlərlə bağlı ətraflı məlumat verəcəklər.

Keyfiyyət göstəririk

Bizim keyfiyyətimiz yalnız preparatlarımız ilə yekunlaşmır. Xidmət qaydaları və iş prinsipimiz ilə Sizə keyfiyyətli xidmət göstərməyi özümüzə prioritet sayırıq.

Rəy veririk

Bu xidmət barədə geniş məlumata sahib olmaya bilərsiniz. Dezinfeksiya xidmətimizi daha da keyfiyyətli edən həkimlərimiz mövcuddur. Xidmətə başlamadan öncə, əraziniz və məkanınız haqqında həkim-epidemioloqun rəyini alaraq Sizi məlumatlandırırıq.

AKARİSİD EMAL ALAQ OTLARI DERATİZASİYA HAVALANDIRMA FUMİQASİYA DEZİNSEKSİYA DEZODORASİYA SÜRÜNƏN VƏ ƏQRƏBLƏR TƏMİZLİK HOVUZLAR