DEZODORASİYA

Xoşagəlməz qoxulara qarşı
Haqqında Üstünlük

Sirr deyil ki, ən təmizkar evdar qadının mənzilində belə xoşagəlməz qoxular yarana bilər. Bu qoxu əhval-ruhiyyənizi pozmaqla yanaşı, digər sağlamlıq problemlərinə də yol açır. Bəzi hallarda, evin hərtərəfli təmizlənməsi belə qoxulardan qurtulmağa kömək etmir, lakin bu o demək deyil ki, qoxu problemi ümumiyyətlə aradan qaldırıla bilməz.

Xoşagəlməz qoxuların yaranma səbəbləri:

  1. Sobanın arxasında və ya altında üzvi qalıqlar;
  2. Kanalizasiya sistemindəki sızmalar;
  3. Ventilyasiyada olan texniki nasazlıqlar;
  4. Evdə zəif hidroizolasiya.

Divarlarda və ya döşəmələrin arasında pis qoxuya səbəb olan maddələrin mənbələri yığılıbsa, təmizlik qoxunu birdəfəlik apara bilməz. Güclü qoxusu olan dərmanların və ya ətirlərin istifadəsi də qeyri-effektiv ola bilər. Ən yaxşı yol qoxu mənbələrini tamamilə aradan qaldırmaqdır. Bu xidmətin adı dezodorasiyadır. Mütəxəssislərimizin vəzifəsi qoxunun əsas mənbələrini tapmaq və onları tamamilə yox etməkdir.

Dezodorasiyanın nə vaxt lazım olduğunu necə anlaya bilərsiniz?

Bu xidmət daha çox çürümüş heyvan cəsədinin və qidaların səbəb olduğu pis qoxulara görə sifariş edilir. Bu xidmət yalnız ev üçün nəzərdə tutulmur. Avtomobil salonlarının da pis qoxulardan azad edilməsi üçün bu xidmətə ehtiyac duyulur. Sərnişinlərin rahatlığı üçün dezodorasiya xidmətindən istifadə edərək, avtomobilinizdəki qoxuları və tütün iyisini aradan qaldıra bilərsiniz. Biznes sahibləri üçün də dezodorasiya faydalı olacaqdır. Məkanda xoş bir qoxunun olması daha yaxşı təəssürat yaradır. Ticarət mərkəzlərində və mağazalarda təmizliyin sual altında qalması bu xidmətdən istifadəyə şərait yaradır. Mənzillərdəki dezodorasiya yaşayış şəraitini daha komfortlu etmək üçün əla yoldur. Qapalı məkanlarda havadakı qoxu nə qədər təmiz olsa, əhval ruhiyyəniz də o qədər şən olacaq.

Xoşagəlməz qoxuları yox edirik

Bəzən qoxunun mənbəsi qoxu gəldiyi yerdə yox, daha dərinlərdə ola bilir. Səbəbindən asılı olmayaraq, istənilən qoxunun mənbəsi aşkar edilir və aradan qaldırılır.

Komfortunuzu təmin edirik

Biz bilirik ki, insanlar havası təmiz olan yerlərdə daha çox vaxt keçirməyi üstün tutur və özünü gümrah hiss edir. Bu xidmətin köməyi ilə mənzilinizi və ofisinizi daha komfortlu məkana çevirə bilərsiniz.

Qoxunu seçin

İnsanların zövqləri fərqli olduğu üçün Sizin üçün qoxu seçmə imkanı yaradırıq. Sizə aid olanın məkanın zövqünüzə uyğun qoxu ilə təmin etmək öz əllərinizdədir.

Xoş təəssürat yaradırıq

Gözəl bir qoxu insanların hər zaman yaddaşında qalır. Ətirləmə prosedurundan sonra məkanınızı ziyarət edən hər bir kəsdə xoş təəssürat yaranacaq.

AKARİSİD EMAL ALAQ OTLARI DERATİZASİYA HAVALANDIRMA FUMİQASİYA DEZİNFEKSİYA DEZİNSEKSİYA SÜRÜNƏN VƏ ƏQRƏBLƏR TƏMİZLİK HOVUZLAR