Yaşadığınız evdə və ya işlədiyiniz müəssisədə sonuncu dəfə nə vaxt havalandırma sistemini (bacaları və şaxtaları) təmizləmisiniz? Özü də robotlarla. Hava borularını təmizləmək daha ciddi və peşəkar yaxınlaşma tələb edir. Son texnologiyalara cavab verən robotlar vasitəsilə sizin üçün yüksək keyfiyyətli havalandırma təmizliyi təqdim edirik.
Hər kəsə məlumdur ki, havalandırma boruları təmizlik vaxtlarında əlçatmaz yerlərdən biridir və illərlə orada yığılan toz məkanın təmiz hava ilə təmin olunmasına mane olur. Xüsusilə villalarda, bağ evlərində və ya işlədiyiniz müəssisədə havalandırma boruları düzgün şəkildə təmizlənmirsə, bu Sizin üçün zərərlidir. Uzaqdan idarə olunan robotlar boruların hər bir qarışını təmizləyir və tozlardan, yağlardan, mikroblardan və ya bakteriyalardan azad edir.