İlanlar və əqrəblər insanları özlərinə düşmən görməsələr də, ev sahiblərini narahat edir və yaşayışlarını komfortsuz hala gətirirlər. Əslində bu sürünənlər digər zərərvericiləri kənarda saxlamağa kömək etdikləri üçün ekosistemin vacib bir hissəsidir.
Buna baxmayaraq, ilanlar və əqrəblərlə bir yerdə yaşamaq heç kəsin xoşuna gəlmir. Çünki onların bəzi növləri həyati risk daşıyır və ümumi olaraq qorxu hissi yaradırlar. İlanları və əqrəbləri yaşayış zonasından uzaqlaşdırmanın bir çox xalq üsulu var, lakin bu üsullar hər zaman effektiv olmur. Xüsusilə də zəhərli növlərinin çox olduğu bir ərazidə yaşayırsınızsa, bu ailəniz üçün çox təhlükəlidir. Qorxu və narahatlıq içində yaşamaqdansa, bu xidmətə müraciət etməkdə fayda var. BakuDez sizin təhlükəsizliyinizin qeydinə qalacaq.