TƏMİZLİK

Ümumi ev təmizliyi
Haqqında Üstünlük

Əziz xanımlar, bilirik, təmizlik işlərindən çox yorulmusunuz və dincəlmək sizin də haqqınızdır. Bu xidməti də məhz sizin yükünüzü azaltmaq üçün yaratmışıq.

Təmizlik xidmətinin əsas məqsədi mənzilinizi və ya bağ evinizi təmiz saxlayaraq, ailənizin sağlamlığını və rahatlığını qorumaqdır.

Təmizlik bir insandan çox vaxt və səy tələb etdiyi üçün bu məsuliyyətli işi komandamız öz üzərinə götürür. Evdə təmizliyin yaradılması ilə bağlı bütün işləri rahatlıqla əməkdaşlarımıza əmanət edə bilərsiniz. Təmizlik sənayesi üçün hazırlanmış ən qabaqcıl texnologiyalardan istifadə edərək, xidmət ən yüksək səviyyədə göstərilir. Mütəxəssislərimiz əvvəlcədən təyin olunmuş vaxtda otaqları təmizləyə və ya gün ərzində evinizin təmizliyinə nəzarət edə bilərlər.

Əlçatmaz yerlər

Bəzən dibdən təmizlik etsəniz belə, künclər istədiyiniz kimi təmizlənməyə bilər. Sizin əliniz çatmayan yerləri belə biz həll edəcəyik. Evinizi elə təmizləyəcəyik ki, toz qonmaq istəməyəcək.

Məmnun edirik

Bütün personal xüsusilə seçilib öncədən təlim alır ki, onlarla ünsiyyət qurduqdan sonra müştəridə yalnız müsbət emosiya və təəssürat yaransın. Hələ personalın iş performansından sonra üzünüzü güldürəcəyimizə əminik.

Vaxtı təyin edirik

Biz yalnız Sizə uyğun vaxtda gəlməyi planlaşdırırıq. Təmizlik prosesini və komanda işinin üstünlüyünü görmək üçün Sizə bütün gücümüzü göstərməyə hazırıq.

Məsuliyyət daşıyırıq

Evinizdə olan bütün əşyalara görə məsuliyyət daşıyırıq. Ən qiymətli əşyalarınızı isə göz bəbəyimiz kimi qoruyuruq. İşə başlamazdan və iş prosesindən sonra bütün komandanı Sizin gözünüz qarşısında yoxlayırıq.

Qeyd eləmək istərdik ki, təmizlik xidməti həm bütün mənzilin təmizliyi kimi, həm də ayrıca olaraq, pəncərələrin silinməsi, xalçaların yuyulması və yumşaq mebellərin təmizlənməsi kimi işləri də həyata keçiririk. Bundan əlavə, hovuzların təmizlənməsi və təmirdən əvvəl və sonra təmizlik xidməti də mövcuddur. Hər bir xanım evinin təmizliyi məsələsində həssasdır. Bu xoşbəxtliyin daimi olması üçün isə uzun zaman və yorucu işlərə güc sərf etməyin. Bütün bu işlər üçün Bakudez şirkəti peşəkar komanda formalaşdırmışdır.

AKARİSİD EMAL ALAQ OTLARI DERATİZASİYA HAVALANDIRMA FUMİQASİYA DEZİNFEKSİYA DEZİNSEKSİYA DEZODORASİYA SÜRÜNƏN VƏ ƏQRƏBLƏR HOVUZLAR