BAKUDEZ

"Baku Disinfection Center" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə yaradılmışdır. Şirkətimiz dezinfeksiya, dezinseksiya, deratizasiya, habelə havalandırma sistemlərinin təmizlənməsi, təmzilik (cleaning) və qeyd olunan sahələrlə bağlı bir sıra digər xidmətləri həyata keçirir. Şirkətimiz sənaye, kommersiya, təhsil müəssisələrində, o cümlədən ticarət mərkəzlərində, otellərdə, ictimai iaşə obyektlərində, habelə çoxmənzilli binalarda və yaşayış sahələrində profilaktik dezinfeksiya və təmizlik layihələrini uğurla həyata keçirən peşəkar mütəxəssis heyətinə (həkim və dezinfektorlara) malikdir.

Şirkətimiz öz fəaliyyətində yalnız Avropa istehsalı olan sertifikatlaşdırılmış dərman vasitələrindən və müasir texnologiyaların imkanlarından istifadə edir. Xidmətlərimizin insan sağlamlığına və ətraf mühitə heç bir ziyanverici təsiri yoxdur. Şirkətimiz fərdi və korporativ müştərilərə sərfəli qiymətlərlə qarşılıqlı əməkdaşlıq təklifi edir. İşinizi peşəkarlara həvalə edin.

DEZİNFEKSİYA SAHƏSİNDƏ
3 MÜHÜM BEYNƏLXALQ SERTİFİKAT

ISO 9001:2015

Bakı Dezinfeksiya Mərkəzi ISO 9001:2015 standartı üzrə sertifikasiyadan uğurla keçmişdir

ISO 45001:2018

Risklərin və qəzaların detallarını təyin etməklə, planlaşdıraraq qarşısını almağa kömək göstərən - ISO 45001:2018 sertifikata nail olmuşdur.

ISO 14001:2015

Ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, şirkətin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq üzrə ISO 14001-in sertifikatına malikdir.

Şirkətimiz İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-392/2019 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

arrow_upward