Missiyamız
Bakudez Dezinfeksiya şirkəti olaraq ən çətin missiyanı öz üzərimizə götürdüyümüzün fərqindəyik. Bu missiyalara sadiq qalmaq və bu yolda özümüzü doğrultmaq üçün komandamızla birlikdə daima çalışmaqdayıq. Şirkətimizin missiyası Sizin gündəlik seçimlərinizlə üst-üstə düşən dəyərlərdir.
Vizyonumuz
Şirkət olaraq təkcə ölkə çərçivəsində deyil, qlobal sahədə də bakteriyasız və mikrobsuz həyat nümunəsi göstərmək və gigiyenik məsuliyyətin vacibliyini hər yerə yaymaq vizyonunu mənimsəmişik. Bunu yüksək həddə çatdırmağın gərəkli olduğunu düşünərək əlimizdən gələni edirik və, ən əsası, insanların gündəlik yaşamına dəyər qatmağı hədəfləyirik
Hər şeydən öncə “can sağlığı” kəlməsini özünüzə şüar etmisinizsə, elə biz də onu deyirik. Bizi seçməyin üstünlüyünü tək səbr gətirəndə belə müşahidə edəcəksiniz!
İllərdir “təhlükəsiz yaşam”-ın mənbəyini axtararkən özünüzü bir də bizim saytda tapmısınızsa, demək ki, illərin əziyyəti boşa getməyib, artıq təhlükəsiz mənsəbə çatmısınız.
Məlum məsələdir ki, keyfiyyət möcüzə olubdur, qarşınıza çıxmaq bilmir: seçirik gül, gəlir bülbül. Fərqli məqam ondadır ki, biz keyfiyyətin təminatçısı olaraq Sizə daha çox xidmətin təzahürünü birbaşa göstərmiş oluruq.
Sizin sağlamlığınız və təhlükəsizliyiniz üçün atdığımız hər bir addım bizim üçün yatırımdır. Biz bu yatırımları Sizə daha da yaxşı xidmət göstərmək üçün kadr və texnologiyaya sərf edirik. Buna Sizə verdiyimiz dəyər də demək olar.