static.about_slogan

Coşqun Qurbanov

Şirkət rəhbərinin müraciəti

Bakudez Dezinfeksiya şirkəti, Azərbaycanda insanların sağlam mühitdə yaşaması və ümumilikdə bu sahə üzrə ixtisaslaşması məqsədi ilə yaradılmışdır.

Şirkət, istər fərdi, istərsə də korporativ tərəfdaşlarının gələcək ehtiyaclarını qarşılamaq üçün insan kapitalına və texnoloji yeniliklərə yatırım etməkdədir. Biz ölkəmizdə olan gənc və bacarıqlı insanların bu istiqamətdə ixtisaslaşmasında maraqlıyıq.

Azərbaycanda bu sahənin inkişaf etməsi gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz hadisələrin qarşısının vaxtında alınmasına gətirib çıxaracaq. Bir çox fəaliyyətdə olan sahələrin ölkə iqtisadiyyatına qatdığı dəyər, ümumilikdə sahəyə olan tələbatı və inkişaf potensialını daha da artırır. Eyni inkişafın dezinfeksiya bazarında da hiss olunması üçün bu işlə məşğul olan şirkətlərin peşəkarlığının arzu olunan sәviyyәyә çatması lazımdır.

Dezinfeksiya işini təkmilləşdirmək və insanlara bunun məcburi deyil də, sağlamlıq və təhlükəsizlik üçün zəruri olduğunu aşılamaq Bakudez şirkətinin hədəfidir.

Şirkətin başlıca məqsədlərindən biri istər fərdi şəxslər, istərsə də şirkətlərdə bu sahəyə olan marağı artırmaq və Azərbaycanda bir marka olaraq möhkəmlənməkdir.

Bakudez Dezinfeksiya şirkəti, bütün əməkdaşları ilə birlikdə bu məqsədə yönəlmiş fəaliyyətini davam etdirir və daima öz müştərilərinin sağlamlığını düşünür.

Hörmətlə, Coşqun Qurbanov