static.about_slogan

Azərbaycanda insanların və iaşə obyektlərinin artmasını nəzərə alaraq, əlini daşın altına qoyacaq çoxşaxəli dezinfeksiya şirkəti yaratmaq qərarına gəldik. 2018-ci ildə fəaliyyətə başlamağımıza baxmayaraq tutduğumuz bu çətin yolda inamla addımlayırıq. Hamı kimi bizi də insanların sıx olduğu ərazilərdəki gigiyenik vəziyyət narahat etdiyindən bu işin dərinliklərinə daha çox yiyələnməyə çalışırıq.

Bakudez şirkəti olaraq insanların sağlamlığını və gigiyenik yaşamını hər zaman üstün tutmuşuq. İşlərimizə ilk öncə dezinfeskiya xidməti ilə başlamağımıza baxmayaraq, bu gün fərdi və korporativ müştərilərimizə geniş çeşidli xidmətlər təqdim edə bilirik. Düşündük ki, bu bazarda evləri, iaşə obyektləri və ofisləri ziyanvericilərdən, həşəratlardan, hətta bəzən zəhərli ilan və əqrəblərdən təmizləyən bir şirkətə ehtiyac var. Buna görə də, xidmət sahəmizi genişləndirərək, dezinseksiya, dezodorasiya, deratizasiya, fumiqasiya, havalandırma, alaq otların təmizlənməsi, təmizlik və sürünənlərə qarşı tədbirləri də əlavə etdik. Biz bu xidmətlərin nə qədər vacib olduğunu anlayaraq, hər il daha çox öz işimizə fokuslanmaqdayıq.

Şirkətimizə cəlb etdiyimiz peşəkar komanda ilə Sizin sağlamlığınızı və təhlükəsizliyinizi qorumağa davam edirik. Sağlam gələcək naminə bunu etməyə dəyər!