Bakudez yenilənmiş saytını təqdim etdi

10.12.2020

Bakudez Dezinfeksiya Mərkəzi şirkəti rəqəmsal marketinq alətlərindən geniş şəkildə istifadə etmək üçün saytını google standartlarına uyğun təkmilləşdirdi.

Şirkətin direktoru Coşqun Qurbanov yeni saytın imkanlarının daha geniş olduğunu açıqladı.

“Bütün dünyada olduğu kimi biz də artıq rəqəmsal dünyanın tələbləri ilə ayaqlaşmalıyıq. Bunun üçün də saytımızı rəqəmsal marketinq alətlərindən daha da effektiv istifadə etmək üçün təkmilləşdirməyi qərara almışdıq. Saytın təkmilləşdirilməsində bizə marketinq dəstəyini Marcom şirkəti göstərmişdir. Hal-hazırda saytımız google standartlarına cavab verməkdədir. Yenilənmiş saytımız həm fərdi, həm də korporativ müştərilərimiz üçün nəzərdə tutulmuşdur. İstifadəçilər saytımıza daxil olaraq həm şirkətimizlə tanış ola, həm də xidmətlər üzrə müraciətlər edə bilərlər.”

Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev hazırladıqları saytın texniki imkanlarının geniş olması haqqında məlumat verdi.

“Tərəfimizdən hazırlanmış sayt bu günün tələblərinə tam olaraq cavab verməkdədir. Admin panel özündə geniş texniki imkanları birləşdirməkdədir. Sayt mobil cihazlardan daxil olanlar üçün də adaptiv formaya gətirilmişdir. Növbəti mərhələdə də saytın google tərəfindən indekslənməsi üçün SEO Optimizasiya işlərinə başlanılmasına hazırlıq işlərinə başlayırıq.”

Qeyd edək ki, Bakudez şirkəti hal-hazırda yerli bazar iştirakçıları üçün yeni dezinfeksiya məhsullarını təqdim etmək üzərində çalışır. Şirkət yaxın vaxtlarda məhsulları sayt üzərindən istifadəçilərinə təklif etməyi planlaşdırır.