Dezinfeksiya məhsulları istifadəyə verildi

15.02.2021

Azərbaycan bazarında 12 xidmət növü ilə fəaliyyət göstərən Bakudez Dezinfeksiya Mərkəzi öz dezinfeksiya məhsullarını müştərilərinə təqdim etdi.

Şirkətin direktoru Coşqun Qurbanov təqdim olunmuş dezinfeksiya məhsullarının standartlara cavab verdiyini vurğulayıb.

“Ölkədə mövcud olan pandemiya vəziyyəti yerli bazar iştirakçılarında dezinfeksiya məhsullarına olan tələbatı ciddi şəkildə artırmışdır. Bakudez şirkəti olaraq bu tələbatın müəyyən hissəsini qarşılamaq üçün alman texnologiyası əsasında istehsal olunmuş dezinfeksiya məhsullarını bazara təklif etmək qərarına gəldik. İstehsal etdiyimiz məhsullar bütün normativ tələblərə cavab verir. Hal-hazırda tərəfimizdən bazar iştirakçıları üçün müxtəlif təyinatlı 18 növ dezinfeksiya məhsulları təklif olunmaqdadır. Gələcəkdə məhsullarımızın çeşidini artırmaq istiqamətində müvafiq işlər görməyi planlaşdırırıq. Bakudez şirkətinin müştəriləri dezinfeksiya məhsullarını rəsmi www.bakudez.az saytının Bakudez Store bölməsindən və ya (+994 77) 403 03 43 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.”

Qeyd edək ki, Bakudez 2019-cu ildən ölkənin xidmət bazarında mövcuddur. Şirkət insanların bilavasitə təmasda olduğu obyektlərdə, habelə anbar (saxlanc) sahələrində, nəqliyyat vasitələrində və digər məkanlarda yoluxucu, parazitar və infeksion xəstəliklərin profilaktikası, habelə ləğvi sahəsində xidmətin təşkili və həyata keçirilməsi ilə məşğuldur. Şirkətin xidmətlərinin beynəlxalq standartlara uyğunluğu ISO 9001:2015, ISO 14001 və ISO 45001:2018 sertifikatları ilə təsdiq olunmuşdur.