Əgər mövsümün yaz və yay aylarında (May - İyun və Avqust - Sentyabr) gənələrlə və ya gənəkimilərlə qeyri-effektiv metodlarla mübarizə aparırsınızsa, akarisid emal xidmətindən istifadə etməyin tam vaxtıdır. Gənə və gənəkimilər sizin və ailənizin sağlamlığı üçün ciddi problem yarada bilər. Gənələr əsasən otluq ərazilərdə müşahidə olunur. Bağ evlərində, həyətyanı sahələrdə, parklarda, digər yaşayış və istirahət ərazlərində ailənizlə birlikdə rahat vaxt keçirməyiniz üçün şirkətimizin sizlərə təqdim etdiyi akarisid emalı metodundan istifadə edə bilərsiniz. Sizə təqdim etdiyimiz bu metod, ərazidə mövcud olan bitki və torpaq örtüyünə heç bir zərər vurmur. Təcrübəli komandamız yüksək keyfiyyətə malik alətlər və dərmanlar ilə sahənin münbitliyini qoruyaraq, ərazini gənələrdən təmizləyir.
Bəs sizin üçün gənələr və gənəkimilər ilə mübarizə niyə önəmlidir?
Gənələr insan sağlamlığı üçün ciddi xəstəliklərə yol aça bilən həşəratlardandır. Bunlara misal olaraq Lyme, ensefalit, tifo, Q qızdırması və s. kimi xəstəlikləri nümunə göstərə bilərik. Bu kimi xəstəliklərdən özünüzü və ailənizi qorumaq üçün, mütəmadi olaraq akarisid emal təmizliyindən yararlanmaq önəmlidir.