Xəstəliklər hər zaman soyuq havadan, fəsil dəyişməsindən, yanımızdakı insanın xəstələnməsindən yaranmır. Gözə görünməyən, amma hər kəsin evində olan müxtəlif növ bakteriya və viruslar var ki, onlar da sizin sağlamlığınıza ciddi zərər yetirir. Bakudez şirkəti olaraq, bu mikrobların xüsusi yolla məhv edilməsi üçün peşəkar komanda və müasir həll yolları təşkil etmişik. Dezinfeksiya – bakteriya, virus və göbələklərin məhv edilməsi prosesidir. Dezinfeksiya proseduru infeksiyaların yayılmasının qarşısını alır və xəstəliklərin inkişaf ehtimalını azaldır. Dezinfeksiya şəxsi və ictimai obyektlərdə, yaşayış və qeyri-yaşayış məntəqələrində, təhsil mərkəzlərində, toplu daşıma nəqliyyatlarında mütləqdir. Bu xidməti göstərərək, məqsədimiz infeksiyanın yayılmasının qarşısını almaq və obyektin sanitar-gigiyenik normaya cavab veməsini təmin etməkdir. İlin hər ayında yaşadığınız və işlədiyiniz yerin dezinfeksiya olunması arzuolunandır.
Dezinfeksiyanın növləri.
Dezinfeksiya insanlar tərəfindən bir növ təmizlik xidməti kimi anlaşılsada, məqsədlərindən, metodlarından və tezliyindən asılı olaraq üç növ dezinfeksiya xidməti təklif edirik.
Profilaktik
Adından da göründüyü kimi, profilaktik dezinfeksiya növündə infeksiyanı yaradan mənbəni məhv etmək və yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür. Əsas obyektlər - xəstəxanalar, uşaq və təhsil müəssisələri, ictimai yerlər və insanların sıx olduğu yerlərdir.
Cari
Bu tip dezinfeksiya xidməti bakteriya daşıyıcıları ilə yanaşı yoluxucu xəstəlikləri olan xəstələrin qaldığı məkanlara da lazımdır. Cari dezinfeksiya tədbirləri (xəstənin təcrid edilməsi, şəxsi gigiyena, tullantıların atılması, xüsusi avadanlıqla təmizlənmə, infeksiyanın qarşısının alınması) üzrə təlim verən səhiyyə işçiləri tərəfindən təşkil edilir.
Yekun
Yekun dezinfeksiyaya virusların tamamilə məhv edilməsinə yönəlmiş fəaliyyətlər daxildir.
Biz sizə peşəkar ekspertlərimizin yüksək keyfiyyətli preparatlarla həyata keçirdiyi dezinfeksiya xidməti təklif edirik. ISO sertifikatına sahib olan yeganə dezinfeksiya şirkəti olaraq, dezinfeksiya tədbirlərinin düzgün və effektiv qaydada həyata keçirilməsinə zəmanət veririk.