Gəmiricilərlə mübarizə

Sizin sağlamlığınıza, evinizə və müəssisənizə zərər verən gəmiricilərin məhv edilməsi xidmətinə Deratizasiya deyilir.
Haqqında Üstünlük

Əgər mövsümündən asılı olmayaraq, yaşadığınız və ya işlədiyiniz yerlərdə gəmiriciləri (siçan, siçovul və s.) görməkdən yorulmusunuzsa, bu mövzuda heç də tək deyilsiniz. Sizin sağlamlığınıza, evinizə və müəssisənizə zərər verən gəmiricilərin məhv edilməsi xidmətinə Deratizasiya deyilir. Bu xidmət çərçivəsində əsas məqsədimiz Sizə narahatçılıq yaradan gəmiriciləri qovmaq deyil, onların formalaşma səbəbi və mənbəyini taparaq ciddi tədbirlər görməkdir. Cari ərazinin ekosistemini nəzərə alaraq, ərazidə olan gəmiriciləri birbaşa məhv etmirik. Tibbi ekspertlərimizin təyin etdiyi kimyəvi məhlullar vasitəsilə gəmiriciləri həmin ərazidən qovmağa nail oluruq. Əgər gəmirici həmin ərazidə məhv olarsa, kəskin pis qoxu və müxtəlif xəstəliklər sizin həyatınızı riskə ata bilər. Digər məqam isə heyvanların qorunması məsələsidir ki, buna da şirkət olaraq əhəmiyyət veririk. Bu metod vasitəsilə gəmiricinin ərazini tərk etməsinə və bir daha geri gəlməməsinə şərait yaradırıq. Gəmiriclərin ərazini birdəfəlik tərk etməsi üçün deratizasiya xidmətindən müntəzəm olaraq istifadə edilməsi tövsiyə olunur. Digər xidmət növlərindən fərqli olaraq,  burada istifadə olunan dərmanlar bərk formada olduğu üçün məkanı boşaltmağa ehtiyac olmur.

Gəmiricilərin Sizin üçün zərərləri?

Məkanda olan gəmiricilər sağlamlıq baxımından sizin üçün ciddi təhlükə sayılır. Siçan və siçovullar müxtəlif cür xəstlikləri aktiv olaraq daşıyırlar (vəba, taun və s.) və bu xəstəliklər həm fiziki təmas, həm də hava yoluyla sizə ötürülə bilər. Bundan əlavə, gəmiricilər olduğu məkanlarda əşyalara, mebellerə, elektrik xəttlərinə, qidalara və ərzaqlara ciddi zərər vururlar. Daşıyıcı xəstəliklərdən, maddi və mənəvi zərərdən uzaq durmaq üçün deratizasiya xidmətindən yararlana bilərsiniz. 

Keyfiyyətli dərmanlar

Xarici ölkə istehsalı olan dərmanların keyfiyyətini effektivlik ilə birləşdiririk. Sizin sağlamlığınızı üstün tutaraq, məhlullarımızı xüsusi diqqətlə seçirik.

Gəmiricilərin ərazidən qovuruq

Biz bilirik ki, gəmiricilər yenidən geri qayıda bilər. Buna görə də onların ərazidən birdəfəlik yoxa çıxmasına şərait yaradırıq. Sağlamlığınıza zərər gəlməməsi və evinizdə xoşagəlməz qoxunun olmaması üçün gəmiricilər xüsusi dərmanlarla ərazidən qovulur.

Əşyalara zərər vermirik

Bu problemi sizə məxsus olan əşyaların, geyimlərin, qidaların heç bir özəlliyinə toxunmadan aradan qaldırırıq.

Mənbəni tapırıq

Sizə bir daha narahatçılıq verməmələri üçün gəmiricilərin əsas mənbəyi təyin olunaraq məhv edilir. Xüsusi vasitələrlə gəmiricilərin yayılmağa başladığı ərazini müəyyən edirik.

Akarisid Emal Anbarların təmizlənməsi Dezinfeksiya xidməti Həşəratlarla mübarizə Dezodorasiya Sürünən və əqrəblərlə mübarizə Təmizlik xidməti Hovuzların təmizlənməsi xidməti