Həşəratlarla mübarizə

Həşəratların məhv edilməsinə yönəlmiş tədbirlər dezinseksiya adlanır.
Haqqında Üstünlük

Sağlamlığınıza diqqət yetirmək, yalnız sağlam bir həyat tərzi sürmək yox, həm də evinizin təmizliyi deməkdir. Biz bilirik ki, qapalı məkanlarda da çirk və tozla yanaşı, çox sayda infeksiya daşıyıcısı gəzir. Bunlardan ən çox yayılmışı həşəratlardır (tarakan, qarışqa, milçək, nəm böcəkləri, hörümçək və s.). Bəzən belə çağırılmamış qonaqları təkbaşına yox etmək çox çətindir. Bu zaman həşəratlarla peşəkar mübarizə aparacağını bilən mütəxəssislərimiz Sizə köməyə gəlir . İnsanlar və ev heyvanları üçün təhlükəli xəstəliklərin daşıyıcısı olan həşəratların məhv edilməsinə yönəlmiş tədbirlər dezinseksiya adlanır.

Mübarizə növləri:

Tamamilə məhv edilmə

Bir çox müəssisə və ya ərazilər var ki, orada həşəratların tamamilə məhv olunmasına ehtiyac vardır. Bu zaman həşəratlar, onlar üçün nəzərdə tutulan ölümcül kimyəvi məhlullar ilə məhv edilir.


Profilaktik dezinseksiya 

Dezinseksiya olunan ərazidə zərərli həşəratların inkişafının və yayılmasının qarşısının alınması üçün görülən profilaktik tədbirlərdir.

Tam təmizləyirik

Bəzi həşəratlar gözünüzə dəyməyə bilər. Mütəxəssislərimiz məkanda mövcud olan bütün həşəratların mənbəsini aşkarlayaraq təmizləyir. Dezinseksiya xidmətindən yararlanaraq, evinizi hər növ ziyanverici həşəratlardan azad edirsiniz.

Ev heyvanlarına zərər vermirik

Aydındır ki, bir çoxunuz evinizdə balaca dostlarımız ilə yaşayırsınız. Məhlul seçimlərimizdə ev heyvanlarını da nəzərə alaraq qərar veririk. Evinizin balaca sakini üçün narahat olmağa ehtiyac yoxdur. Gördüyümüz işlər zamanı istifadə olunan preparatlar ev heyvanları üçün heç bir risk daşımır.

Təhlükəsizliyinizi təmin edirik

Təkcə həşəratları yox, onların yuvalarını da məhv etdiyimiz üçün təhlükəsizliyinizi qoruyuruq. İstifadə etdiyimiz üsullar ilə sizin sağlamlınızı riskə atmırıq. Xidmətin effektivliyini artırmaq üçün isə ərazini öncədən audit edirik.

Məlumatlandırırıq

Xidmət göstərildikdən sonra mütəxəssislərimiz Sizə nələrə diqqət edəcəyinizə dair geniş məlumat verir. Verdiyimiz məlumatlar əsasında, həşəratlar uzun müddət sizin məkana yaxın durmayacaqlar. Dezinseksiya xidmətindən yararlandıqdan sonra evinizin tək sakini ailəniz və ev heyvanınız olduğundan əmin olacaqsınız.

Akarisid Emal Gəmiricilərlə mübarizə Anbarların təmizlənməsi Dezinfeksiya xidməti Dezodorasiya Sürünən və əqrəblərlə mübarizə Təmizlik xidməti Hovuzların təmizlənməsi xidməti