Bağ evlərində hovuzun olması həmin insanın sosial statusunun göstəricisi olsa da, onun təmizlənməsi statusuna verdiyi dəyərdir.Hovuzların təmizlənməsi təkcə suyunun dəyişdirilməsi və onun dezinfeksiya olunmasından ibarət iş deyildir.Hovuz kənarlarında və dibində əmələ gələn çirk nəticəsində artan patogen bakteriyalar xlorlamaya belə davam gətirə bilirlər. Ona görə də fərdi ev, idman kompleksi, otel və istirahət mərkəzlərində hovuzların vaxtaşırı təmizlənməsi fiziki şəxs, o cümlədən sahibkarlar üçün həm imic göstəricisi, həm də bir sağlamlıqdır.
Hansı növ hovuzların təmizlənməsini həyata keçiririk:
- Açıq havada olan üstü açıq və bağlı hovuzların təmizlənməsi;
- Aquapark və su atraksionları olan məkanlardakı hovuzların təmizlənməsi;
- İdman komplekslərindəki hovuzların təmizlənməsi;
- Beton, karkas, kompozit, polipropilen hovuzların təmizlənməsi;
- İçməli su hovuzlarının təmizlənməsi.
Hovuz təmizləmə xidmətinə daxildir:
- Hovuzun dib və filter saxlanc yerinin təmizlənməsi;
- Hovuzun saralmış hissələrini, su daşlarının, kif və göbələklərin təmizlənməsi;
- Kafelarası hissələrin təmizlənməsi;
- Sürüşmə və göbələk əleyhinə maddələrlə hovuz səthinin təmizlənməsi;
- Hovuz kənarı səthin (metlax, kompozit) təmizlənməsi;
- Hovuz rezinlərinin, pilləkanların, lejanka və şezlonların təmizlənməsi;
- Paltar dəyişmə otaqlarında (döşəmə, divar, pəncərə, sanitar qovşağı) təmizlənməsi;
- Duş kabin və texniki otaqların təmizlənməsi;
- Motorxana montaj və texniki işlərin görülməsi;
- Hovuz filterlərində qumun təmizlənməsi və dəyişdirilməsi;
- Təmizlikdən sonra hovuzun dezinfeksiya olunması.