Əziz xanımlar, bilirik, təmizlik işlərindən çox yorulmusunuz və dincəlmək sizin də haqqınızdır. Bu xidməti də məhz sizin yükünüzü azaltmaq üçün yaratmışıq.Təmizlik xidmətinin əsas məqsədi mənzilinizi və ya bağ evinizi təmiz saxlayaraq, ailənizin sağlamlığını və rahatlığını qorumaqdır.Təmizlik bir insandan çox vaxt və səy tələb etdiyi üçün bu məsuliyyətli işi komandamız öz üzərinə götürür. Evdə təmizliyin yaradılması ilə bağlı bütün işləri rahatlıqla əməkdaşlarımıza əmanət edə bilərsiniz. Təmizlik sənayesi üçün hazırlanmış ən qabaqcıl texnologiyalardan istifadə edərək, xidmət ən yüksək səviyyədə göstərilir. Mütəxəssislərimiz əvvəlcədən təyin olunmuş vaxtda otaqları təmizləyə və ya gün ərzində evinizin təmizliyinə nəzarət edə bilərlər.
Qeyd eləmək istərdik ki, təmizlik xidməti həm bütün mənzilin təmizliyi kimi, həm də ayrıca olaraq, pəncərələrin silinməsi, xalçaların yuyulması və yumşaq mebellərin təmizlənməsi kimi işləri də həyata keçiririk. Bundan əlavə, hovuzların təmizlənməsi və təmirdən əvvəl və sonra təmizlik xidməti də mövcuddur. Hər bir xanım evinin təmizliyi məsələsində həssasdır. Bu xoşbəxtliyin daimi olması üçün isə uzun zaman və yorucu işlərə güc sərf etməyin. Bütün bu işlər üçün Bakudez şirkəti peşəkar komanda formalaşdırmışdır.